Rəsmi statistik hesabatların təqdim edilməsi
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi muxtar respublikada bütün fəaliyyət sahələrinin inkişafını xarakterizə edən böyük sayda statistik məlumatlara malikdir. Muxtar respublika ərazisində istənilən fəaliyyət növünü həyata keçirən hüquqi və fiziki şəxslər statistika orqanlarına hesabat təqdim etməlidirlər. Dövlət Statistika Komitəsi statistik məlumatların rolunun artırılmasına, hüquqi və fiziki şəxslərin hüquqlarına hörmət edilməklə alınmış ilkin məlumatların məxfi saxlanmasına zəmanət verir. İnformasiya texnologiyaları, mövcud imkanları genişləndirərək statistik məlumatların səmərəli işlənməsi üçün keyfiyyətcə yeni imkanlar açır. Siz hesabatları öz ofisinizdən kənara çıxmadan təqdim etmək və bu hesabatların arxivini yaratmaq imkanlarına malik ola bilərsiniz. |
Rəsmi statistik hesabatların təqdim edilməsi |