Əsas sənaye məhsulu istehsal edən müəssisələrin məhsul şəxlərinə seminar-müşavirə keçirilib

...

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin inzibati binasında təşkil edilən seminar-müşavirədə 33 sənaye müəssisəsinin məsul şəxsləri, həmçinin şəhər və rayon statistika idarələrinin məsul şəxsləri iştirak ediblər. Komitənin sənaye, tikinti, rabitə və nəqliyyat şöbəsinin müdiri Pərvin Hacıyev elektron lövhə vasitəsilə hesabatların düzgün işlənməsi ilə bağlı iştirakçılara əyani olaraq ətraflı məlumat verib.

Seminar-müşavirənin keçirilməsində əsas məqsəd muxtar respublikanın davamlı inkişafı istiqamətində görülən işlərin makroiqtisadi göstəricilər sistemində tam əks olunması üçün istehsal edilən sənaye məhsullarının dəyər ifadəsində, həmçinin natura ifadəsində hər bir məhsula dair məlumatların 12-istehsal (sənaye) rəsmi statistika hesabatına düzgün işlənilməsi və qarşıya çıxan çətinliklərin aradan qaldırılmasıdır.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində həyata keçirilən tədbirlər muxtar respublikanın hərtərəfli inkişafına, yeni  istehsal və xidmət sahələrinin yaradılmasına geniş imkanlar yaratmaqdadır.

Ətraflı https://www.youtube.com/watch?v=_9IG025nFe8