Canlı əlaqə
✖
Canlı əlaqə vasitəsilə müraciətlərin cavablandırılması həftənin iş günləri saat 09:00-dan 18:00-dək həyata keçirilir.
Zəhmət olmasa, ad və soyadınızı, sonra isə müraciətinizi daxil edin
Zəhmət olmasa, ad və soyadınızı, sonra isə müraciətinizi daxil edin
Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olan avtomobillərin sayı artıb
Daha çox artım minik avtomobillərində qeydə alınıb. Belə ki, 1 yanvar 2024-cü il tarixə qeydiyyatda olan minik avtomobillərinin sayı 37357 ədəddir ki, bu da ötən il yanvarın 1-i ilə müqayisədə 13 % çoxdur. 1 yanvar 2023-cü il tarixə bu rəqəm 33055 olub.
Yük avtomobillərində isə bu artım 10,4 faizdir. Belə ki, 1 yanvar 2024-cü il tarixə qeydiyyatda olan yük avtomobillərinin sayı 6630-a yüksəlib.
Avtobusların qeydiyyatında 0,3 faiz artım var. 1 yanvar 2023-cü il tarixə bu rəqəm 1087 idisə, bu ilin 1 yanvar tarixinə olan göstərici 1090-dır. Qeydiyyatda olan digər avtomobillərin sayı isə 797 ədəddir ki, bu da 1 yanvar 2023-cü il tarixə olan göstəricidən 7 faiz çoxdur. 1 yanvar 2023-cü ildə bu göstərici 745 olub.