Canlı əlaqə vasitəsilə müraciətlərin cavablandırılması həftənin iş günləri saat 09:00-dan 18:00-dək həyata keçirilir.
Zəhmət olmasa, ad və soyadınızı, sonra isə müraciətinizi daxil edin

Səlahiyyətli nümayəndə Əlahiddə Ümumqoşun Orduda olub

...

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli sentyabrın 5-də Əlahiddə Ümumqoşun Ordunun Komanda Məntəqəsinə gələrək məntəqənin fəaliyyəti ilə tanış olub. Komanda Məntəqəsinin Döyüşü İdarəetmə mərkəzində döyüş hazırlığının, təlimlərin gedişatı, eləcə də Ermənistan Respublikasının Silahlı qüvvələrinin bölmələri ilə təmas xəttində cari vəziyyət haqqında məlumat verilib. 

Daha sonra səlahiyyətli nümayəndə Əlahiddə Ümumqoşun Ordunun qərargahına gələrək yaradılmış şəraitlə tanış olub.