Səlahiyyətli nümayəndə Naxçıvan şəhərində 4 saylı seçki dairəsinin 32 saylı seçki məntəqəsində səs verib
Sentyabrın 1-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli 4 saylı Naxçıvan şəhər seçki dairəsinin Naxçıvan Dövlət Texniki Kollecində yerləşən 32 saylı seçki məntəqəsində səs verib.
Səlahiyyətli nümayəndə həmçinin burada təşkil olunmuş Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər üzrə 27 saylı seçki dairəsində də səs verib.
Müşahidəçilər məntəqədə səsvermə prosesini izləyiblər.
Səlahiyyətli nümayəndə komissiyanın işinə uğurlar arzulayıb.
Qeyd edək ki, 2024-cü il sentyabrın 1-i ölkəmizdə Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar parlament seçkiləri ilə yanaşı, Naxçıvan Muxtar Respublikası Ali Məclisinə də seçkilər günüdür. Muxtar respublikada seçkilərin qanunvericiliyin tələblərinə uyğun keçirilməsi üçün zəruri tədbirlər görülüb.