Dövlət Statistika Komitəsində fövqəladə hallara hazırlığın vəziyyəti və ondan qorunma yolları haqqında seminar-müşavirə keçirilib

Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Dövlət Statistika Komitəsinin Aparat rəhbəri Həbib Rzayev çıxış edərək seminar-müşavirənin keçirilməsinin əhəmiyyətindən danışıb.
Tədbirdə Fövqəlаdə Hаllаr Nаzirliyinin fövqəladə halların xəbərdar edilməsi şöbəsinin rəisi Mirtaleh Seyidov və nazirliyin digər əməkdaşları iştirakçılara muxtar respublika ərazisində ehtimal olunan təbii və texnogen xarakterli fövqaladə hadisələr və davranış qaydalarından danışılıb. Bununla yanaşı, fərdi yaşayış evlərində qaz və elektrik cihazlarından düzgün istifadə qaydaları, ilkin yanğınsöndürmə vasitələrinin istismarı və istifadə qaydaları, həmçinin dəm qazının yaranma səbəbləri və ondan qorunma üsulları barədə ətraflı məlumatlar verilib.
Sonda əməkdaşları maraqlandıran suallar cavablandırılıb, tədbirə aid slayd və materiallar təqdim edilib.