Tələbələr Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsində istehsalat təcrübəsi keçib

17 fevral 2025-ci il tarixdən Naxçıvan Dövlət Universitetinin Fizika Riyaziyyat fakültəsinin “Riyaziyyat” ixtisasının IV kurs tələbələri Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsində istehsalat təcrübəsində olmuşlar.
Təcrübə müddəti ərzində tələbələr Komitənin müxtəlif struktur bölmələrində gündəlik iş prosesləri ilə tanış olmuş, statistik məlumatların toplanması, emalı və təhlili proseslərində yaxından iştirak etmişdirlər.
Təcrübənin son günündə, yəni 23 may 2025-ci il tarixdə tələbələrlə Komitə əməkdaşları arasında görüş keçirilmişdir. Görüşdə Komitənin Aparat rəhbəri və digər əməkdaşlar iştirak etmiş, fərqlənən tələbələr fəxri fərmanlarla təltif olunmuşdur.
Sonda xatirə şəkli çəkdirildi.