Canlı əlaqə vasitəsilə müraciətlərin cavablandırılması həftənin iş günləri saat 09:00-dan 18:00-dək həyata keçirilir.
Zəhmət olmasa, ad və soyadınızı, sonra isə müraciətinizi daxil edin

Azərbaycan Prezidenti İlham Əliyev Cəbrayıl rayonuna səfər edib

...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də Cəbrayıl rayonuna səfər edib.

Dövlətimizin başçısı Cəbrayıl şəhərində inzibati binanın təməlini qoyub və şəhərdə Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa edilən ilk yaşayış məhəlləsi – Cəbrayıl Yaşayış Kompleksində aparılan tikinti işləri ilə tanış olub.