Canlı əlaqə vasitəsilə müraciətlərin cavablandırılması həftənin iş günləri saat 09:00-dan 18:00-dək həyata keçirilir.
Zəhmət olmasa, ad və soyadınızı, sonra isə müraciətinizi daxil edin

Ümumdünya Statistika Günü və Azərbaycan Statistikasının 105 illik yubileyi qeyd olunub

...

Oktyabrın 20-də Ümumdünya Statistika Günü və Azərbaycan Statistikasının 105 illik yubileyi ilə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi tərəfindən tədbir keçirilmişdir.

Tədbir iştirakçıları ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin Baş meydanında əzəmətlə ucaldılan abidəsini ziyarət edərək dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad etmiş və önünə gül dəstələri qoymuşlar.

Daha sonra tədbir Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin inzibati binasında davam etdirilmişdir.