Zəhmət olmasa, ad və soyadınızı, sonra isə müraciətinizi daxil edin
Ümumdünya statistika gününə həsr olunmuş olimpiada keçirilmişdir
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən təsdiq edilmiş “Ümumdünya statistika gününün qeyd edilməsinə dair Tədbirlər planı”na əsasən gənclər arasında statistikaya marağın artırılması, onlar arasından statistik biliklərə malik istedadlı gənclərin aşkar edilərək həvəsləndirilməsi məqsədilə yuxarı sinif şagirdləri və ali məktəb tələbələri arasında statistik olimpiada keçirilib.
Üç mərhələ üzrə keçirilmiş olimpiadanın final mərhələsi Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin inzibati binasında olmuş və şagirdlər arasında Naxçıvan Muxtar Respublikası Kəngərli rayonu Qıvraq qəsəbə tam orta məktəbinin 11-ci sinif şagirdi Novruzov Suat Ziya oğlu 2-ci yerə layiq görülmüşdür.

Statistik olimpiadanın final mərhələsinə keçmiş tələbə və şagirdlərə sertifikat və hədiyyələr, olimpiadanın qaliblərinə isə diplom və hədiyyələr təqdim olunmuş, xatirə şəkilləri çəkilmişdir.