Canlı əlaqə vasitəsilə müraciətlərin cavablandırılması həftənin iş günləri saat 09:00-dan 18:00-dək həyata keçirilir.
Zəhmət olmasa, ad və soyadınızı, sonra isə müraciətinizi daxil edin

Ceyhun Cəlilov: Naxçıvan regional iqtisadi diplomatiyanın yeni platformasına çevrilir

...

Naxçıvan Muxtar Respublikasında keçirilən 2-ci Azərbaycan-Türkiyə Regional İqtisadi Forumunda çıxış edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov bölgənin strateji əhəmiyyətinin artdığını bildirib.
Onun sözlərinə görə, Naxçıvan Türk dünyasının mühüm coğrafi mərkəzlərindən biri kimi bu gün həm də yeni iqtisadi əməkdaşlıq platformasına çevrilir. “Forum dövlət başçılarının müəyyən etdiyi kursun ardıcıl davamıdır və iki ölkənin siyasi birliyi iqtisadi tərəfdaşlığı daha da gücləndirir” , – deyə o vurğulayıb.