Canlı əlaqə vasitəsilə müraciətlərin cavablandırılması həftənin iş günləri saat 09:00-dan 18:00-dək həyata keçirilir.
Zəhmət olmasa, ad və soyadınızı, sonra isə müraciətinizi daxil edin

Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

...

Dekabrın 12-də Naxçıvanda müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov, dövlət və hökumət nümayəndələri, Ali Məclisin deputatları Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzi meydanında əzəmətlə ucalan abidəsini ziyarət ediblər.

Abidə önünə güllər qoyulub, Ümummilli Liderin xatirəsi dərin ehtiramla yad edilib.