Zəhmət olmasa, ad və soyadınızı, sonra isə müraciətinizi daxil edin
Səlahiyyətli nümayəndə Sədərək rayonunda vətəndaşları qəbul edib
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov Sədərək rayonunda vətəndaşları qəbul edib.
Sədərək Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən qəbulda 100-dən artıq rayon sakininin, o cümlədən şəhid ailə üzvlərinin və müharibə iştirakçılarının müraciətləri dinlənilib.
Qəbul zamanı vətəndaşlar, əsasən, sosial təminat, məşğulluq, əlillik, reabilitasiya, kommunal xidmətlər, içməli və suvarma su təsərrüfatı, həmçinin digər sosial məsələlərlə bağlı müraciətlər ediblər.
Səlahiyyətli nümayəndə qaldırılan məsələlərin hər birinin qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırılacağını və onların həlli istiqamətində müvafiq tədbirlərin görüləcəyini bildirib.











