Canlı əlaqə
✖
Canlı əlaqə vasitəsilə müraciətlərin cavablandırılması həftənin iş günləri saat 09:00-dan 18:00-dək həyata keçirilir.
Zəhmət olmasa, ad və soyadınızı, sonra isə müraciətinizi daxil edin
Zəhmət olmasa, ad və soyadınızı, sonra isə müraciətinizi daxil edin
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsində Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən maarifləndirici seminar keçirilib
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsində Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən “Müəssisə və təşkilatlarda fövqəladə hallara hazırlığın vəziyyəti diqqət mərkəzində saxlanılır, fövqəladə hallar zamanı davranış qaydaları, dəm qazı təhlükəsindən qorunmanın yolları " mövzusunda maarifləndirici seminar keçirilib.
Tədbirdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Dövlət Statistika Komitəsinin Aparat rəhbəri Həbib Rzayev çıxış edərək keçirilən seminarın əhəmiyyətindən danışıb.


Tədbirdə Fövqəlаdə Hаllаr Nаzirliyinin fövqəladə halların xəbərdar edilməsi şöbəsinin rəisi daxili xidmət polkovnik-leytenantı Mirtaleh Seyidov və nazirliyin digər əməkdaşları iştirakçılara fövqaladə hallar, o cümlədən, yanğın hadisələri zamanı davranış qaydalarından danışıblar.
Həmçinin yaşayış mənzillərində dəm qazından zəhərlənmə və digər xoşagəlməz hadisələrin qarşısının alınması barədə ətraflı məlumatlar verilib.


Sonda əməkdaşları maraqlandıran suallar cavablandırılıb, tədbirə aid slayd və materiallar təqdim edilib.
