Canlı əlaqə vasitəsilə müraciətlərin cavablandırılması həftənin iş günləri saat 09:00-dan 18:00-dək həyata keçirilir.
Zəhmət olmasa, ad və soyadınızı, sonra isə müraciətinizi daxil edin

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsində “1 mart - Ümumdünya Mülki Müdafiə Günü” ilə əlaqədar “Fövqəladə hallara hazırlıq - hər kəsin borcudur” mövzusunda maarifləndirici tədbir keçirilib

...

Tədbirdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Dövlət Statistika Komitəsinin sədr müavini Müşfiq Əliyev çıxış edərək keçirilən tədbirin əhəmiyyətindən danışıb. Daha sonra Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsinin istehsal və xidmət statistikası şöbəsinin müdiri Pərvin Hacıyev və statistika işlərinin əlaqələndirilməsi və sistem təminatı şöbəsinin müdir müavini Rza Tağıyev çıxış edərək iştirakçılara fövqəladə halların qarşısının alınması və mülki müdafiəyə hazırlığın vacibliyi haqqında məlumat vermişlər.