Canlı əlaqə vasitəsilə müraciətlərin cavablandırılması həftənin iş günləri saat 09:00-dan 18:00-dək həyata keçirilir.
Zəhmət olmasa, ad və soyadınızı, sonra isə müraciətinizi daxil edin

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov tərəfindən növbəti vətəndaş qəbulu keçirilib

...

Qəbul zamanı vətəndaşların, o cümlədən müharibə iştirakçılarının müraciətləri dinlənilib. Vətəndaşlar, əsasən, sosial təminat, məşğulluq, əlillik, kommunal xidmətlər, həmçinin digər sosial məsələlərlə bağlı müraciətlər ediblər.
Səlahiyyətli nümayəndə hər bir müraciətə həssaslıqla yanaşıldığını qeyd edərək qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırılacağını və onların həlli istiqamətində müvafiq tədbirlərin görüləcəyini bildirib.
Qeyd olunub ki, vətəndaşların müraciətlərinin dinlənilməsi, onların sosial problemlərinin həlli istiqamətində operativ tədbirlərin görülməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu məqsədlə vətəndaş qəbulları mütəmadi olaraq davam etdirilir.