Canlı əlaqə vasitəsilə müraciətlərin cavablandırılması həftənin iş günləri saat 09:00-dan 18:00-dək həyata keçirilir.
Zəhmət olmasa, ad və soyadınızı, sonra isə müraciətinizi daxil edin

“İnsan hüquqları və rəsmi statistika” mövzusunda tədbir keçirilib

...

İyunun 4-də Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsində “İnsan Hüquqları Aylığı” çərçivəsində “İnsan hüquqları və rəsmi statistika” mövzusunda tədbir keçirilib.

Tədbirdə Komitənin Aparatının və yerli statistika idarələrinin əməkdaşları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədr müavini Müşfiq Əliyev bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi təsis edilmişdir. Bu əlamətdar gün münasibətilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən hər il 18 may–18 iyun tarixləri “İnsan Hüquqları Aylığı” elan olunur. Aylıq çərçivəsində keçirilən tədbirlərin əhəmiyyəti barədə məlumat verən sədr müavini Azərbaycanda insan hüquqlarının qorunması və təmin edilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb, bu sahədə həyata keçirilən islahatları və hüquqi mexanizmləri diqqətə çatdırıb.

Daha sonra Komitənin əməkdaşı Mədinə Rəhimli “İnsan hüquqları və rəsmi statistika” mövzusunda məruzə ilə çıxış edib. Çıxışda rəsmi statistikanın insan hüquqlarının reallaşma səviyyəsinin qiymətləndirilməsi, sosial rifah və bərabərliyin təhlili baxımından əhəmiyyəti vurğulanıb. Bildirilib ki, statistik məlumatlar təhsil, səhiyyə, məşğulluq və sosial müdafiə sahələrində mövcud vəziyyətin müəyyənləşdirilməsi və əsaslandırılmış qərarların qəbulunda mühüm rol oynayır.

Eyni zamanda Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrasında rəsmi statistikanın önəmi də diqqətə çatdırılıb, bu çərçivədə görülən işlərin davamı olaraq Naxçıvanın pilot ərazi kimi müəyyənləşdirildiyi və DİM-lərin yerli səviyyədə tətbiqi üzrə layihəyə start verildiyi bildirilib.