Canlı əlaqə vasitəsilə müraciətlərin cavablandırılması həftənin iş günləri saat 09:00-dan 18:00-dək həyata keçirilir.
Zəhmət olmasa, ad və soyadınızı, sonra isə müraciətinizi daxil edin

Naxçıvan Muxtar Respublikasında sənaye məhsulu istehsalı haqqında

...

Muxtar respublikada sənaye istehsalı 8 faiz, sənaye sahəsinə yönəldilən investisiyalar isə ötən ilin müvafiq dövrünə nisbətən 43,5 dəfə artıb.

 

2026-cı ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasında 226 milyon 57 min 600 manat dəyərində sənaye məhsulu istehsal olunub. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 faiz çoxdur.

 

İstehsal olunan sənaye məhsulunun 196 milyon 685 min 100 manatı və ya 87 faizi malların, 29 milyon 372 min 500 manatı və ya 13 faizi isə xidmətlərin payına düşüb.

 

Sənaye məhsulu istehsalında əsas pay emal sənayesinə məxsus olub. Belə ki, ümumi istehsalın 82,2 faizi emal sənayesinin, 16,2 faizi elektrik enerjisi, qaz və buxarın istehsalı, bölüşdürülməsi və təchizatı sahəsinin, 1,5 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsinin, 0,1 faizi isə mədənçıxarma sənayesinin payına düşüb.

 

Muxtar respublikada sənaye sektorunun inkişafına yönəldilən investisiyaların həcmində də əhəmiyyətli artım müşahidə olunub. Belə ki, cari ilin yanvar-may aylarında əsas kapitala yönəldilmiş 64 milyon 747 min 900 manat investisiyanın 19 milyon 573 min 500 manatı və ya 30,2 faizi sənaye sahəsinə sərf edilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 43,5 dəfə çoxdur.

 

Ümumi sənaye sahəsinə yönəldilən investisiyaların 18 milyon 749 min 200 manatı  və ya 95,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində, 824 min 300 manatı və ya 4,2 faizi isə emal sənayesində istifadə olunub.