Canlı əlaqə vasitəsilə müraciətlərin cavablandırılması həftənin iş günləri saat 09:00-dan 18:00-dək həyata keçirilir.
Zəhmət olmasa, ad və soyadınızı, sonra isə müraciətinizi daxil edin

Baş prokuror Kamran Əliyev Naxçıvan Muxtar Respublikasına səfər edib

...

İyunun 16-da Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Naxçıvan Muxtar Respublikasına səfər edib. 

Səfər çərçivəsində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov, Baş prokuror Kamran Əliyev və Naxçıvan Muxtar Respublikasının prokuroru, III dərəcəli dövlət ədliyyə müşaviri Sənan Paşayev Naxçıvan şəhərinin mərkəzi meydanında ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Abidə önünə gül dəstələri düzülüb, Ulu Öndərin xatirəsi ehtiramla yad edilib.