Zəhmət olmasa, ad və soyadınızı, sonra isə müraciətinizi daxil edin
Naxçıvan Muxtar Respublikasında əsas kapitala investisiyalar haqqında
14.08.2026
Muxtar respublikada 2026-cı ilin yanvar-iyul aylarında bütün maliyyə mənbələri hesabına əsas kapitala 156 722 700 manat investisiya yönəldilmiş və bu göstərici 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 30,9% çox olmuşdur. İnvestisiya qoyuluşunun 127 535 400 manatı və ya 81,4%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 43,0% çoxdur.
Əsas kapitala investisiya qoyuluşunun 2026-cı ilin yanvar-iyul aylarında muxtar respublikada 63 720 700 manatı və ya 40,7%-i dövlət sektorunun, 93 002 000 manatı və ya 59,3%-i isə qeyri-dövlət sektorunun payına düşmüşdür. İnvestisiya qoyuluşu ötən ilin müvafiq dövrü ilə müqayisədə dövlət sektorunda 20,4%, qeyri-dövlət sektorunda isə 39,2% artmışdır.
Cəlb edilmiş investisiyanın 76 582 800 manatı və ya 48,9%-i məhsul istehsalı sahələrinə, 20 107 600 manatı və ya 12,8%-i xidmət sahələrinə, 60 032 300 manatı və ya 38,3%-i isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur.