Zəhmət olmasa, ad və soyadınızı, sonra isə müraciətinizi daxil edin
Naxçıvanda nəqliyyat və anbar təsərrüfatı xidmətlərinin ümumi dəyəri 17 %-ə yaxın artıb
Bu ilin yanvar–iyul aylarında Naxçıvan Muxtar Respublikasında nəqliyyat və anbar təsərrüfatı sektorunda 58 milyon 371,9 min manatlıq xidmət göstərilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,8 % çoxdur.
Hesabat dövründə nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər 4 milyon 184,9 min ton yük və 27 milyon 552,8 min sərnişin daşıyıb. 1 il əvvələ nisbətən yük daşınması 1,1 %, sərnişin daşınması isə 1 % artıb.
Daşınan yüklərin 4 milyon 177,1 min tonu avtomobil, 7,5 min tonu hava, 0,3 min tonu isə dəmir yolu nəqliyyatının payına düşüb.
Sərnişin daşınmasında isə avtomobil nəqliyyatı üstünlük təşkil edib. Belə ki, 27 milyon 82,9 min sərnişin avtomobildən, 469,9 min sərnişin isə hava nəqliyyatından istifadə edib.