Canlı əlaqə
✖
Canlı əlaqə vasitəsilə müraciətlərin cavablandırılması həftənin iş günləri saat 09:00-dan 18:00-dək həyata keçirilir.
Zəhmət olmasa, ad və soyadınızı, sonra isə müraciətinizi daxil edin
Zəhmət olmasa, ad və soyadınızı, sonra isə müraciətinizi daxil edin
Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsi ilk dəfə ISO 9001:2015 üzrə beynəlxalq uyğunluq sertifikatına layiq görülüb
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin Aparatı “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində ISO 9001:2015 beynəlxalq standartının tələblərinə uyğunluğunu təsdiq edən sertifikata layiq görülüb.
Sertifikat Komitənin bu sahədə fəaliyyətinin ISO 9001:2015 beynəlxalq standartının tələblərinə uyğunluğunun qiymətləndirilməsi məqsədilə keçirilmiş sertifikatlaşdırma auditinin nəticələrinə əsasən təqdim olunub.
Audit 2026-cı ilin may ayında sınaq, təftiş və sertifikatlaşdırma sahəsində beynəlxalq səviyyədə tanınmış “SGS” şirkətinin yerli nümayəndəsi “SGS Azerbaijan” MMC-nin audit qrupu tərəfindən aparılıb.