Zəhmət olmasa, ad və soyadınızı, sonra isə müraciətinizi daxil edin
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsində Yeni Azərbaycan Partiyasının VIII Qurultayından irəli gələn vəzifələrə həsr olunmuş tədbir keçirilib
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi və YAP Naxçıvan şəhər təşkilatının birgə təşkilatçılığı ilə baş tutan tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Tədbiri giriş sözü ilə açan YAP Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi ərazi partiya təşkilatının sədri Ramil Gülməmmədov VIII Qurultayda qarşıya qoyulan hədəflərin reallaşdırılmasında ərazi partiya təşkilatlarının üzərinə düşən vəzifələrdən danışıb. O, əsas məqsədin mövcud potensialdan səmərəli istifadə etməklə təşkilati fəaliyyəti günün tələbləri səviyyəsində qurmaq olduğunu diqqətə çatdırıb.
Çıxışda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahatların ölkənin bütün regionlarının, o cümlədən Naxçıvan Muxtar Respublikasının hərtərəfli sosial-iqtisadi inkişafını təmin etdiyi vurğulanıb, muxtar respublikanın cari ilin yanvar-sentyabr ayları üzrə makroiqtisadi göstəriciləri qeyd olunub.
Daha sonra çıxış edən YAP Naxçıvan şəhər təşkilatının sədr müavini Rail Tağızadə partiyanın yaranma tarixi və ölkənin ictimai-siyasi həyatındakı aparıcı rolu haqqında ətraflı məlumat verib. YAP-ın müstəqilliyimizin qorunması və dövlətçilik ənənələrinin möhkəmləndirilməsindəki müstəsna xidmətlərini qeyd edən Rail Tağızadə dövlət başçısının VIII Qurultayda səsləndirdiyi fikirləri və müəyyənləşdirdiyi strateji hədəfləri iştirakçıların diqqətinə çatdırıb.

Tədbirdə, həmçinin Dövlət Statistika Komitəsinin əməkdaşları Səbinə Əliyeva və Tamaşa Əliyevanın çıxışları dinlənilib. Çıxışlarda qurultay qərarlarının icrasında ərazi partiya təşkilatlarının fəal iştirakının, təşkilati işin gücləndirilməsinin və qarşıda duran vəzifələrin ardıcıl şəkildə yerinə yetirilməsinin əhəmiyyəti qeyd olunub.


