Canlı əlaqə vasitəsilə müraciətlərin cavablandırılması həftənin iş günləri saat 09:00-dan 18:00-dək həyata keçirilir.
Zəhmət olmasa, ad və soyadınızı, sonra isə müraciətinizi daxil edin

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

...

Əvvəlcə Komitənin kollektivi Naxçıvan şəhərində yerləşən Zəfər abidəsini ziyarət edib. Abidə önünə gül dəstələri düzülərək Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

Komitənin inzibati binasında davam etdirilən tədbir Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsinin sədri Hüseyn Bağırov 8 Noyabr – Zəfər Gününün dövlətimizin gücünün və sarsılmaz iradəsinin təcəssümü kimi tariximizdəki müstəsna mövqeyindən danışıb. O, qazanılan tarixi Qələbənin Ulu Öndər Heydər Əliyevin tərəfindən təməli qoyulmuş və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən məqsədyönlü siyasətin, güclü iqtisadi potensialın və qüdrətli ordunun məntiqi nəticəsi olduğunu vurğulayıb. Komitə sədri işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərinə toxunub, həmçinin Naxçıvanın sosial-iqtisadi perspektivləri və Zəngəzur dəhlizinin regionun nəqliyyat-kommunikasiya imkanlarının genişləndirilməsindəki strateji əhəmiyyətini diqqətə çatdırıb.

Tədbirdə Komitə aparatının sektor müdiri Səbinə Əliyeva və Ordubad Rayon Statistika İdarəsinin rəisi Namiq Babayev çıxış edərək 44 günlük Vətən müharibəsinin xalqımızın milli birliyi, həmrəyliyi və vətənpərvərlik ruhunun təntənəsi olduğunu bildiriblər.

Daha sonra Vətən müharibəsinə həsr olunmuş videomaterial nümayiş etdirilib.

Tədbirdə dövlət təltifinin təqdim olunması mərasimi də keçirilib. Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2026-cı il tarixli Sərəncamı ilə təltif edilmiş Şahbuz Rayon Statistika İdarəsinin rəisi Xaliq Abdullazadəyə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı təqdim olunub.

Bildirilib ki, hazırda Komitədə fəaliyyət göstərən 15 əməkdaş müxtəlif illərdə “Tərəqqi” və “Dövlət qulluğunda fərqlənməyə görə” medalları, həmçinin “Rəşadətli əməyə görə” və “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanları ilə təltif olunublar.

Komitə sədri Hüseyn Bağırov dövlət qulluqçularının əməyinə göstərilən ali diqqətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirib. Komitə sədri Xaliq Abdullazadəni təbrik edərək ona medal və vəsiqəni təqdim edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.

Göstərilən etimad və yüksək qiymətə görə dövlət başçısına minnətdarlığını ifadə edən Xaliq Abdullazadə bundan sonra da üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirəcəyini vurğulayıb.