Canlı əlaqə vasitəsilə müraciətlərin cavablandırılması həftənin iş günləri saat 09:00-dan 18:00-dək həyata keçirilir.
Zəhmət olmasa, ad və soyadınızı, sonra isə müraciətinizi daxil edin

Səlahiyyətli nümayəndəliyin kollektivi Zəfər Abidəsini ziyarət edib

...

Noyabrın 8-də Zəfər Günü münasibətilə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov və nümayəndəliyin kollektivi Naxçıvan şəhərində yerləşən Zəfər Abidəsini ziyarət ediblər. Abidə önünə gül dəstələri qoyulub, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib.