Canlı əlaqə vasitəsilə müraciətlərin cavablandırılması həftənin iş günləri saat 09:00-dan 18:00-dək həyata keçirilir.
Zəhmət olmasa, ad və soyadınızı, sonra isə müraciətinizi daxil edin

Naxçıvanda genişmiqyaslı ağacəkmə aksiyası keçirilib

...

Noyabrın 20-də “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Naxçıvan Muxtar Respublikasında magistral yolların kənarındakı yaşıllıq zolaqlarının genişləndirilməsi, yaşıllıq sahələrində əkin-bərpa işlərinin davam etdirilməsi və ətraf mühitin mühafizəsi məqsədilə genişmiqyaslı ağacəkmə tədbirləri keçirilib.
Tədbirlərdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov, səlahiyyətli nümayəndənin müavini Samir Seyidəhmədli, muxtar respublika Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov, Ali Məclis sədrinin müavini Arzu Abdullayev, Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev, Baş nazirin birinci müavini Elşad Əliyev, eləcə də  mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri və əməkdaşları iştirak ediblər.
Babək, Culfa, Ordubad, Kəngərli, Şahbuz, Şərur və Sədərək rayonlarını əhatə edən aksiya çərçivəsində, ümumilikdə, 13 000 ədəd ting əkilib. Onlardan 3 000-i çinar, 10 000-i isə müxtəlif növ meyvə tingləridir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tingçilik sahələrində yetişdirilən meyvə tingləri muxtar respublikanın torpaq və iqlim şəraitinə uyğunlaşdırılmış növlərdir. 3 000 ədəd çinar tingi isə ölkənin müxtəlif bölgələrindən gətirilib.
Bu aksiya muxtar respublikada ekoloji tarazlığın qorunması, yaşıllıq sahələrinin artırılması və biomüxtəlifliyin zənginləşdirilməsi istiqamətində görülən ardıcıl işlərin davamı olmaqla  ətraf mühitin  sağlamlaşdırılması və ekoloji dayanıqlılığın təmin edilməsinə xidmət edir.