Canlı əlaqə
✖
Canlı əlaqə vasitəsilə müraciətlərin cavablandırılması həftənin iş günləri saat 09:00-dan 18:00-dək həyata keçirilir.
Zəhmət olmasa, ad və soyadınızı, sonra isə müraciətinizi daxil edin
Zəhmət olmasa, ad və soyadınızı, sonra isə müraciətinizi daxil edin
Şərurda şəhidlər memorial-abidə kompleksi inşa olunacaq
Həmin gün Prezidentin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfliyə Şərurda tikintisi nəzərdə tutulan şəhidlər memorial-abidə kompleksinin layihəsi təqdim olunub.

Məlumat verilib ki, 1135 kvadratmetr ərazini əhatə edəcək kompleks üçün şəhər mərkəzində uyğun yer müəyyənləşdirilərək, qısa zamanda inşasına başlanılacaq. Kompleksin mərkəzində səkkizguşəli ulduz formasında abidə ucaldılacaq və ətrafında qövsvarı memorial lövhələr qurulacaq. Həmin lövhələrdə torpaqlarımızın azadlığı uğrunda şücaət göstərmiş qəhrəman Şərur şəhidlərinin fotoları və onlar haqqında məlumatlar öz əksini tapacaq. Kompleksin ərazisi abadlaşdırılmaqla geniş yaşıllıqlar salınacaq.