Naxçıvanda Qərbi Azərbaycan kulinariyası təqdim olunub
Noyabrın 23-də Naxçıvanda keçirilən “Qərbi Azərbaycana Qayıdış” festival-konqresi çərçivəsində “Araz” Dövlət Qəbul Evində Qərbi Azərbaycan kulinariyasının təqdimatı olub.
Təqdimatda Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbaycan Respublikası elm və təhsil naziri Emin Əmrullayev, dövlət və ictimaiyyət xadimləri, media mənsubları iştirak ediblər.
Sərgidə İrəvan mətbəxinə aid 40 adda yemək, 50-yə yaxın şirniyyat və mürəbbə, 30-a yaxın şərbət, doşab, xoşab, 100-ə yaxın meyvə, quru meyvə və tərəvəz, 50-dən çox müalicəvi bitki, 20 adda qış tədarükü qidası, 13 növdə müxtəlif çay nümunələri nümayiş etdirilib.
Naxçıvan Dövlət Universitetinin tələbələri Qərbi Azərbaycan ənənələri əsasında hazırladıqları səhnəcikləri təqdim ediblər.
\