Qrafiklər
İnformasiya və rabitə xidmətləri (faktiki qiymətlərlə), min manat
Lights
Əhaliyə göstərilmiş informasiya və rabitə xidmətləri (faktiki qiymətlərlə), min manat
Lights
Avtomat Telefon Stansiyalarının sayı
Lights
Əsas telefon aparatlarının sayı, nömrə
Lights
Mənzillərdə olan telefon aparatları, nömrə
Lights
Poçt şöbələrinin sayı
Lights

Metodoloji izahlar

Rabitə. İstehsal sahələri və sosial infrastrukturun ayrılmaz hissəsi olmaqla muxtar respublika ərazisində istehsal-xidmət təsərrüfat kompleksi kimi əhali, dövlət orqanları, müdafiə, təhlükəsizlik, hüquq mühafizəsi, elektrik və poçt xidmətlərində fiziki və hüquqi şəxslərin və s. tələbatı ödəmək üçün istifadə olunur və informasiyaların verilmə xarakterindən və onun ötürülmə qaydalarından asılı olaraq fərqləndirilir.

Poçt rabitəsi. Poçt göndərişlərinin qəbulunu, çeşidlənməsini, daşınmasını, ünvan sahibinə çatdırılmasını təmin edən obyektlərin və nəqliyyat vasitələrinin vahid texnoloji sistemidir.

Elektrik rabitəsi. İşarələrin, siqnalların, məktub mətnlərinin, səslərin, radio və digər elektromaqnit sistemlərinin qəbulu və ötürülməsini təmin edir. Bu alt sahəyə şəbəkə və vasitələrin, telefon, teleqraf, faksimil əlaqəli məlumatların və digər sənədli məlumatların (elektron hesablama maşınları arasında mübadilə əməliyyatları da daxil olmaqla), həmçinin televiziya və radio səslərinin və televiziya təsvirlərinin, radio və naqilli verilişlərin yayılması da daxildir.

Teleqraf rabitəsi. Sənədli elektrik rabitəsinin bir növüdür. Bu növ xidmətlərə teleqramların, şəkil teleqramların ötürülməsi və çatdırılması, abonentlərin teleqraf danışıqlarının təyini, məlumatların, qəzet təsvirlərinin ötürülməsi aiddir.

Telefon rabitəsi. Müxtəlif məntəqələrarası telefon danışıqlarının, məlumatların mübadiləsinin telefon kanalları vasitəsilə həyata keçirilməsidir.

Radiorabitə, radio və televiziya verilişləri. Radio və televiziya proqramlarının efirdə verilməsi, rəqəmli məlumatların, telefon və teleqraf məlumatlarının radiokanallarda verilməsi hesab olunur.

Elektron poçtu. Məlumatların yüksək sürətlə verilməsi, hesablama texnikası vasitələrinə daxil edilməsi, xüsusi rabitə vasitələri ilə hazırlanması və qaydaya salınması üçün elektrorabitə kanallarının aralıq “elektron poçt qutuları”dır.

Telefaks. Sənədli elektrik rabitəsi növü olub ümumdövlət telefon şəbəkəsinə avtomatik komutasiya olunmaqla son abonentlərarası faksimil rabitə yaratmaq üçün təyin olunmuşdur.

 

Bürofaks. Ümumi istifadədə olan sənədli elektrik rabitəsi növü olaraq, ümumdövlət telefon şəbəkəsinə avtomatik komutasiya olunmaqla rabitə şöbələri arasında faksimil əlaqə yaratmaq üçün istifadə olunur.

 

Teleks. Beynəlxalq abonent teleqraf rabitəsidir.

 

Mobil telefon rabitəsi. Simsiz mobil sistemli radiotelefon rabitəsi hesab edilir. Bu sistemin mahiyyəti qəbuledici və ötürücü stansiyası qurulmuş müəyyən ərazidə bütün abonentlərin hava xətti vasitəsi ilə istənilən avtomat telefon stansiyalarına və digər abonentə qoşulmaq imkanı verilməsindən ibarətdir.

 

İnternet rabitəsi. İnternet protokollarının (IP) və informasiyaların təmin edilməsi üçün ümumdünya miqyaslı paylanmış qlobal şəbəkələr mübadiləsidir.

 

Peycer. Fərdi radioçağırış sistemlərinin qəbuledicisidir. Fəaliyyətdə radioaxtarış sisteminə qoşulmuş peycer abonentlərə mətn və rəqəm şəklində məlumatların alınmasına imkan yaradır.

 

Ənənəvi rabitə operatorları. Dövlət rabitə müəssisəsinin əsasında yenidən təşkil olunmuş və ya özəlləşdirilmiş rabitə operatorlarıdır.

 

Yeni rabitə operatorları. Dövlət müəssisəsi qismində yaradılmayaraq kommersiya əsasında, ümumi istifadədə olan rabitə xidməti göstərən hüquqi şəxslərdir.

 

Göstərilmiş rabitə xidmətlərinin həcmi. Rabitə müəssisəsinin əsas fəaliyyətindən əldə olunan gəlirlərin ümumi həcmidir. Buraya poçt rabitəsi, feldyeger və xüsusi rabitə, sənədli elektrik rabitəsi, şəhərlərarası və beynəlxalq telefon rabitəsi, şəhər telefon rabitəsi, kənd telefon rabitəsi, radiorabitə, radio və televiziya yayımı və peyk rabitəsi, naqilli səs yayımı üzrə, radiotezliklərin ayrılması, qeydiyyatı, istismarı və nəzarəti, naqilsiz radiorabitə üzrə (mobil telefon istisna olmaqla), mobil telefon rabitəsi, internet xidmətləri, İSDN xidmətləri, ADSL və HDSL xidmətləri, DATA xidmətləri, simsiz yerli telefon rabitəsi xidmətləri və digər rabitə xidmətləri üzrə əldə olunmuş gəlirlər daxildir.

 

Poçt rabitəsi üzrə xidmətlərin həcmi. Poşt rabitəsindən əldə edilən gəlirlərin ümumi həcmi aiddir. Bura poçt ödəniş nişanının satışından, məktub və banderolların (adi və qiymətli) göndərilməsindən, bağlamalardan, beynəlxalq kiçik paketlərdən, pul baratlarının (yerli və beynəlxalq) göndərilməsindən, pensiya və müavinətlərin ödənilməsindən, dövri mətbuatın (qəzet və jurnalların) abunəçilərə çatdırılması və mətbuatyayımı şəbəkələrinə daşınması xidmətindən, kommunal xidmət haqlarının yığılmasından, sürətli poçt xidmətlərindən, qəbzlərin çatdırılmasından və s. poçt rabitəsi xidmətlərindən əldə edilən gəlirlər aid edilir.

 

Telefon rabitəsi üzrə aparılan danışıqların sayı. Muxtar respublika ərazisində aparılan (daxili) şəhərlərarası və muxtar respublika ərazisindən xarici dövlətlərə (beynəlxalq) çıxan danışıqlar, tranzit və xarici dövlətlərdən muxtar respublika ərazisinə daxil olan telefon danışıqları əks olunur.

Şəhərlərarası telefon danışıqları. Abonentlərin əl ilə, yarım-avtomat, avtomat, pulu ödənilmək və ödənilməmək (xidməti) şərti ilə birləşdirməsi nəticəsində faktiki aparılmış telefon danışıqlarının hamısı daxil edilir. Şəhərlərarası avtomat telefon danışıqlarının sayı sayğacların göstəricilərinə əsasən, sayğac olmadıqda isə əldə edilmiş gəlirin orta tarif dərəcəsinə bölünməsi ilə müəyyən edilir.

Beynəlxalq telefon danışıqları. Muxtar respublika ərazisindəki ATS –lərdən xarici dövlətlərə çıxan danışıqların sayıdır.

Tranzit telefon danışıqları. Bir rabitə müəssisəsinin xəttilə sonuncu rabitə müəssisəsinə çatdırılmış danışıqların sayıdır.

Əsas telefon aparatları. Şəhər və kənd telefon şəbəkəsi ATS-lərinə fərdi nömrə ilə qoşulmuş aparatların sayıdır.

Mənzillərdə olan əsas telefon aparatları. Şəhər və kənd telefon şəbəkəsi ATS-lərindən əhalinin mənzillərinə fərdi nömrə ilə qoşulmuş aparatların sayıdır.

Taksofonların sayı. Şəhər və kənd ATS-lərinin telefon şəbəkəsinə qoşulmuş şəhərlərarası, şəhər, kənd və universal taksofonların cəmini xarakterizə edir.

Radiotranslyasiya nöqtələrinin sayı. Radio verilişlərinin naqillə radiotranslyasiya çatdırılmasına xidmət edən nöqtələri ifadə edir.

Mobil telefon abunəçiləri. Mobil telefon rabitəsi xidmətindən istifadə edən abunəçiləri xarakterizə edir. İnternet abunəçiləri. İnternet xidmətindən istifadə edən, abunə haqqı ödəyən abunəçilərdir.

İnternet qoşulmaları. İnternet xidmətindən istifadə etmək üçün genişzolaqlı, yüksəktezlikli şəbəkəyə qoşulma.

Peycer abunəçiləri. Peycer xidmətindən istifadə edən abunəçilərin sayını xarakterizə edir. ADSL (Asimetrik Rəqəmsal Abunə Xətti) və HDSL (Sürətli Rəqəmsal Abunə Xətti) abunəçiləri. Genişzolaqlı rabitə ADSL və HDSL xidmətindən istifadə edən, abunə haqqı ödəyən abunəçilərdir.

Poçt rabitəsi. Poçt göndərişlərinin qəbulunu, çeşidlənməsini, daşınmasını, ünvan sahibinə çatdırılmasını təmin edən obyektlərin və nəqliyyat vasitələrinin vahid texnoloji sistemidir. Poçt rabitəsi ümumi istifadədə olan və xüsusi təyinatlı poçt rabitəsi növlərinə bölünür.

Poçt göndərişləri. Poçt rabitəsi operatoru tərəfindən müəyyən ünvana çatdırılmaq üçün qəbul edilmiş poçt kartları, məktublar, teleqramlar, pul baratları, banderollar, kiçik paketlər, sekoqramlar, xüsusi "M" kisələri, bağlamalar daxildir. Poçt göndərişlərinin həcminə poçt göndərişinin xidməti, pulsuz və ya pullu olub-olmamasından asılı olmayaraq (təqaüdlər istisna olmaqla) bütün göndərişlər daxildir.

Sifarişli məktub korrespondensiyalarının sayı. Qəbula dair qəbz verilən, müşayiət sənədlərinə yazılan, təyinat yerlərində alıcıya imza etdirilməklə verilən məktublar hesab olunur.

Qiymətli məktublar. Göndərən tərəfdən qiymətləndirilmiş və ya sığorta olunmuş məktublar aid olunur. Banderolların və kiçik paketlər. Az qiymətli çap nəşrləri (blanklar, şüarlar, kitablar və s), bədii ədəbiyyat, işgüzar kağızlar, əlyazmalar, albomlar, dəftərlər, dərman bitkiləri, səsyazmaları olan kasetlər və göndərən tərəfindən qiymətləndirilməyən əşyalardır.

Poçt bağlamaları. Poçt şöbələrinə ünvanlara çatdırmaq üçün daxil olmuş bağlamalardır və onlara adi və qiymətli bağlamalar daxil edilir.

Pul baratları. Baratla göndərilmək üçün nağd və köçürmə yolu ilə muxtar respublika ərazisində tədavüldə olan valyuta növü üzrə göndərişlərin sayı daxildir.

Pensiya və müavinət ödənişləri. Sosial müdafiə orqanlarının təqdim etdiyi və poçt şöbəsi tərəfindən çatdırılmış ödənişlərdir.

Abunə və pərakəndə satışda dövri mətbuat. Bütün republika daxili ərazidə, həmçinin rayon (şəhər) ərazisində qəzet və jurnallar, rabitə şöbəsinin başqa rabitə müəssisə və şöbələrindən aldığı abonentlər üçün verilən və yaşayış məntəqələrində pərakəndə satılan dövri mətbuat aid edilir.

Kuryer xidməti. Kuryer tərəfindən poçt göndərişinin qəbul edilərək ünvan sahibinə birbaşa çatdırılmasını təmin edən xidmət növüdür.

Poçtalyonlar. Poçt müəssisələrində poçtun çatdırılması və qəbul edilməsi məqsədi ilə ünvanlara poçt çatdıran, poçt müəssisələrində ştat üzrə və ya müqavilə ilə işləyən, poçt müəssisələrindən əmək haqqı alan işçilərdir.

Avtomat telefon stansiyaları (ATS). Şəhər, rayon mərkəzlərində quraşdırılmış bütün telefon stansiyalarının sayı əks olunur. Avtomat telefon stansiyalarına koordinat və elektron sistemli stansiyalar aid olunur.

Avtomat telefon stansiyalarının ümumi tutumu. Şəbəkədə istismar edilən bütün tip koordinat, elektron və simsiz (CDMA) stansiyalarda quraşdırılmış nömrə indeksi olan abonentlər və nömrə indeksi olmayan taksofon dəstləri daxildir.

İstifadə olunan tutum. Şəbəkədə istismar edilən koordinat, elektron və simsiz (CDMA) avtomat telefon stansiyalarında quraşdırılmış nömrə indeksi olan abonent və nömrə indeksi olmayan taksofon dəstlərindən hesabat dövrünün sonuna, həmin nömrələrin istifadə formasından (xidməti, yoxlama və sair) asılı olmayaraq faktiki istifadə olunan bütün nömrələrin (abonent və taksofon dəstləri) ümumi sayıdır.

Telefon şəbəkəsi. Vahid texniki və texnoloji sistemdə birləşmiş müxtəlif növ telefon vasitəsi və qurğularının məcmusudur.

Ümumistifadəli telefon şəbəkəsi. Müvafiq qaydalar, standartlar, xidmət göstərilməsi və ödəmə şərtləri əsasında abunəçilərin istifadə edə biləcəyi telefon xidmətlərinin göstərilməsi üçün nəzərdə tutulan və bütün istifadəçilərə qoşulma imkanı verən səbəkə, yaxud onun bir hissəsidir.

Genişzolaqlı, yüksəktezlikli rabitə avadanlıqlarının tutumu. Şəbəkə ATS-lərində yüksəksürətli informasiya mübadiləsinin aparılmasına, İPTV və videotelefon xidmətlərinin göstərilməsinə imkan verən ADSL, HDSL, İSDN avadanlıqları üzrə portların sayıdır.

İSDN komplektlərinin sayı. Universal qurğu, telefon xəttindən istifadə etməklə müxtəlif cür telefon, telefaks, internet və s. elekton-rabitə növlərindən eyni vaxtda istifadəyə imkan verən komplekt qurğu başa düşülür.

ADSL və HDSL komplektlərinin sayı. Elektron rabitə növündən istifadə üçün universal avadanlıqlardir. Telefon şəbəkəsinə qoşulan ADSL (Asimmetrik rəqəmsal abunə xətti) və HDSL (Sürətli rəqəmsal abunə xətti) adlanan komklektlərin ümumi sayını ifadə edir.

İnformasiya və kommunikasiya texnologiyaları.

Mobil telefon abunəçiləri. Ümumi istifadədə olan telefon şəbəkəsinə qoşulmanı təmin edən şanvari texnologiyaya əsaslanmaqla avtomatik ictimai telefon xidmətinə abunə yazılmış portativ telefon istifadəçiləridir. Bura əvəllcədən ödənişli hesabla və sonradan ödənişli abunə ilə xidmət istifadəçilərinin nömrələri daxil olunur. Kompüterlərə fərdi stolüstü, səyyar (daşınan) portativ kompüterlər (laptop) və əl kompüterləri daxildir. Kompüter istifadəçiləri yerindən asılı olmayaraq son 12 ay ərzində kompüterdən istifadə etmişlərdir.

İnternet abunəçiləri. İnternet şəbəkəsinə qoşulmaq üçün qoşulma haqqını ödəmiş fərdlər hesab olunur. Qoşulma sürətindən, internetə çıxış və ödəmə forma-sından asılı olmayaraq bütün abunəçilər nəzərə alınır.

İnternet istifadəçiləri. İnternet şəbəkəsinə qoşulmuş, internetdən istifadə etmiş şəxslər hesab olunur.

İnternetə çıxışı olan ev təsərrüfatları . Yaşayış yerindən (evdən, mənzildən) kompüter, mobil telefon və digər İKT avadanlıqları vasitəsilə internet şəbəkəsinə çıxışı (əlyetərliliyi) olan ev təsərrüfatları başa düşülür. İnternetdən istifadə etmiş əhali son 12 ay ərzində istifadə yerindən asılı olmayaraq internet vasitəsilə hər hansı məqsəd üçün internetdən istifadə etmiş şəxslərdir.

İKT məhsulları. Elektron formada məlumatların işlənməsi və rabitə funksiyasının, o cümlədən fiziki hadisələrin yazılması, ölçülməsi, ötürülməsi və göstərilməsi, habelə fiziki proseslərin nəzarəti funksiyalarını yerinə yetirən avadanlıqlar hesab olunur.

 

Kabelsiz LAN ((lokal (yerli) ərazi şəbəkəsi). Radio dalğaları vasitəsi ilə vahid prosessorun və ya serverin resurslarını bölüşməyə imkan verən kompüterlər və ya birləşdirilmiş mexanizmlər şəbəkəsidir.

 

Kabel əsaslı LAN. Telefon xətləri (naqil, kabel) vasitəsi ilə coğrafi nöqteyi nəzərdən kiçik ərazidə (məsələn, ofis binası daxilində) vahid prosessorun və ya serverin resurslarını bölüşməyə imkan verən kompüterlər və ya birləşdirilmiş mexanizmlər şəbəkəsidir. Bu zaman istifadəçilərə məhdudlaşdırılmış coğrafi ərazi daxilində xidmət göstərilir və lokal (yerli) ərazi şəbəkələri serverlərdən, iş stansiyalarından, printerlərdən və rabitə texniki vasitələrindən və şəbəkə əməliyyat sistemindən ibarətdir və xidmətlər radiodalğalar vasitəsilə yerinə yetirilir. Adətən, serverin çoxsaylı kompüter istifadəçiləri ilə birgə istifadə edilən proqramı və məlumat bazası olur.

 

Xarici şəbəkə (ekstranet və ya WAN). Bir yerli ərazi şəbəkəsi digər yerli ərazi şəbəkələrinə telefon xətləri və ya radio dalğaları vasitəsilə hər hansı bir məsafədən qoşula bilərlər. Bu yolla birləşdirilən ərazi şəbəkələri sisteminə geniş ərazi şəbəkəsi, yəni ekstranet deyilir. LAN-dan fərqli olaraq internetə çıxış imkanları var.

 

Daxili şəbəkə (intranet). Müəssisə daxilində yaradılan və internetə çıxışı olan şəbəkədir.

 

Həftədə ən azı bir dəfə internetdən istifadə etmiş işçilər. Kompüterdən istifadə edən siyahı tərkibində olan işçilər, əvəzçilik üzrə işləyən kənar işçilər, mülki-hüquq xarakterli müqavilələr üzrə işləri yerinə yetirən şəxslər, siyahı tərkibinə daxil olmayan muzdla tutulmuş şəxslər əhatə olunmalıdır.

 

Modem qoşulma. İnternetə girişi təmin etmək üçün adi telefon xətti ilə (dial-up) kompüterə qoşulur.

 

İSDN (İERŞ - İnteqrasiya Edilmiş Rəqəmsal Şəbəkə). Qoşulma universal qurğu, telefon xəttindən istifadə etməklə müxtəlif cür - telefon, telefaks, internet və s. elektron-rabitə növlərindən eyni vaxtda istifadəyə imkan verən komplekt qoşulma hesab olunur.

 

DSL (RAX - Rəqəmsal Abunə Xətti). Mövcud mis şəbəkəsi vasitəsilə məlumatları yüksək sürətlə ötürən texnologiyaya əsaslanır və geniş zolaqlı kanal kimi ifadə olunur. Bu növ qoşulmada məlumatların ötürülmə sürəti saniyədə 144 kbit-dən az olmur.

 

2 Mbps-dən az (çox) həcmli naqilli xətlə qoşulma. Daha geniş zolaqlı kanallardan istifadə, məsələn, kabel qoşulmalardan istifadə nəzərdə tutulur. Bu, adətən müəssisədə yerləşdirilmiş şəbəkə qoşulmalarında, mis naqilə əsaslanmayan texnologiyalarla əhatə olunur, lazer və ya diodlarla təmin olunur, fiber-optik kabellərdən istifadə olunur.

 

İnternet bank. Ödəniş sənədlərinin mübadiləsi elektron sistemlərinin köməyi ilə, bankla müəssisə arasında hesablaşmaların məsafədən aparılmasıdır. Bu sistem ofisdən çıxmadan ödənişləri həyata keçirməyə və hesablardan çıxarışlar almağa imkan verir.

 

İnternet vasitəsi ilə bazarın monitorinqi. İnternet vasitəsi ilə yeni məhsul növlərinin hazırlanması, malların hərəkətinə, satışına kömək etmək məqsədi ilə ictimai fikrin aşkarlığı bazarın potensial imkanlarının tədqiqi və sair məqsədlərlə müşahidələrin aparılmasıdır.

 

Elektron Ticarət. Müəssisə tərəfindən internet vasitəsilə əmtəə və xidmətlərin alqı-satqısı, elektron-ticarətin vəziyyəti araşdırılır. Telefon, faks və ya əllə yazılan elektron məktublarla qəbul edilən sifarişlər elektron-ticarət hesab edilmir. Marketinq, menecment, ardıcıl təminat və informasiya sistemləri kimi bir-birindən fərqli olan təşkilat funksiyalarını birləşdirir.

 

Ev təsərrüfatlarında olan mobil telefonları. Ev təsərrüfatı üzvünün hər birində olan bütün mobil telefonlar nəzərə alınır. Bu göstərici ev təsərrüfatlarında cəmi mobil telefonların sayının ev təsərrüfatlarının ümumi sayına bölünməsi və alınmış nəticənin 100-ə vurulması yolu ilə hesablanır. Fərdi kompüterləri (FK) olan ev təsərrüfatları (ET) ev təsərrüfatı üzvlərindən heç olmasa birinin cib FK-sı, noutbuku, stolüstü FK-sı varsa, həmin ev təsərrüfatı FK-sı olan sayılır.

 

Hər 100 ev təsərrüfatına düşən kompüterlər. FK-ların hesabını apararkən ev təsərrüfatının hər bir üzvündə olan bütün FK-lar nəzərə alınır. Bu göstərici ev təsərrüfatlarında cəmi FK-ların sayının ev təsərrüfatlarının ümumi sayına bölünməsi və alınmış nəticənin 100-ə vurulması yolu ilə hesablanır.

 

Son 12 ay ərzində İnternetdən istifadə edənlər. İstifadə yerindən asılı olmayaraq internet vasitəsilə hər hansı məqsəd üçün internetdən istifadə etmiş şəxslərdir.

 

Son 12 ay ərzində mobil telefondan istifadə edən sakinlər. Bir neçə mobil telefonu olan ET üzvü bir istifadəçi kimi sayılır.

 

İnternetdən istifadə edən müəssisələr. Əgər müəssisənin internet-provayderlə internet xidmətləri haqqında müqaviləsi varsa, onda o internetdən istifadə edən hesab edilir.

 

İnformasiya axtarışı. Müəssisənin informasiya tələbatı ilə əlaqədar Web-saytlara daxil olmaq, internet-reklamla və kənar təşkilatların informasiya resursları ilə tanışlıqdır.

 

Off-line və ya on-line-qəbul informasiya mübadiləsi. Ümumi məsələlərin həlli gedişində (müqavilələrin hazırlanması prosesində, iclasların və konfransların keçirilməsi və i.a.) digər müəssisə və təşkilatlarla real vaxt rejimində qarşılıqlı informasiya mübadiləsidir. İnformasiyanın mühafizəsi vasitələrinə antivirus vasitələri, şəbəkələrarası ekranlar, təhlükəsiz serverlər, rəqəmsal imza vasitələri daxildir.

 

Fərdi kompüterdən (FK) istifadə edən hökumət orqanları. Hökumət orqanlarda FK dedikdə, stolüstü FK, noutbuk (əl kompüteri) və server başa düşülür.

 

FK-dan istifadə edən dövlət qulluqçuları. Dövlət qulluqçusu o zaman FK-dan istifadə edən hesab olunur ki, öz iş yerində, yaxud onun FK-ya müraciəti tezliyindən asılı olmayaraq, özünün xidməti vəzifəsinə aid məsələlərin həlli üçün özünün və ya digər dövlət qulluqçusunun iş yerində müstəqil olaraq kompüterdə işləyə bilsin.

 

İnternetdən istifadə edən hökumət orqanları. Hökumət orqanı (hökumət idarəsi)- İnternet xidmətlərinin təqdim olunmasına dair internet-provayderlə müqaviləsi olan təqdirdə internet istifadəçisi sayılır.

 

İnternetdən istifadə edən dövlət qulluqçuları. Dövlət qulluqçusu xidməti vəzifələrinə aid olan məsələlərin həlli üçün öz iş yerindən və ya digər əməkdaşın iş yerindən müstəqil olaraq internetə müraciət edirsə, o halda internetdən istifadə edən sayılır.

 

İş yerində elektron poçta giriş imkanı olan dövlət qulluqçuları. Dövlət qulluqçusunun elektron poçt ünvanı varsa, o, elektron poçta qoşulmuş sayılır.

 

Web – saytı, Web-portalı olan hökumət orqanları. Web-saytın mövcudluğu elektron ünvanın mövcudluğu ilə müəyyən olunur. Hökumət idarəsinin Web-saytı fiziki olaraq özünün şəxsi kompüterində və ya digər hüquqi şəxsin kompüterində ola bilər.